“Naxçıvan” Universiteti ilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri arasında əlaqələr genişlənir

“Naxçıvan” Universiteti ilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri arasında əlaqələr genişlənir
19:03 20 Fevral 2015
571 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 20 fevral, AzərTAc
“Naxçıvan” Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalayıb. Bu, birgə elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim-tələbə mübadilələrinin həyata keçirilməsinə şərait yaradıb. Mövlana Mübadilə Proqramı da bu çərçivədə reallaşdırılır.
AzərTAc xəbər verir ki, “Naxçıvan” Universitetində keçirilən Mövlana Mübadilə Proqramının təqdimat mərasimində bu barədə ətraflı danışılıb.
Universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərdən, tələbələrin Mövlana Mübadilə Proqramı əsasında təhsil almasında ətraflı söhbət açıb.
Bildirilib ki, Mövlana Mübadilə Proqramı Türkiyədəki və xaricdəki ali təhsil müəssisələri arasında tələbə, müəllim mübadiləsini həyata keçirən bir proqramdır. Proqramının məqsədi ali təhsil müəssisələrinin akademik potensialını artırmaqdan ibarətdir.
Vurğulanıb ki, “Naxçıvan” Universiteti ilə Türkiyənin İstanbul, Aydın, Beykent, Atatürk, Ankara, İstanbul, Kastamonu və bir sıra digər universitetləri arasında Mövlana Mübadilə Proqramı çərçivəsində müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən bu günədək universitetin 4 tələbəsi Türkiyədə ayrı-ayrı ixtisaslar üzrə təhsil alıblar.
Sonra Mövlana Mübadilə Proqramı əsasında İstanbul Aydın Universitetində təhsil alan tələbələrdən Elvin İbrahimov, Naib Muradov və Fatimə Kərimova yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_Universiteti_ile_Turkiyenin_qabaqcil_ali_tehsil_muessiseleri_arasinda_elaqeler_genislenir-833752

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR