Azərbaycanlı biznesmen avtomobilində partladılaraq öldürüldü

Azərbaycanlı biznesmen avtomobilində partladılaraq öldürüldü
19:06 20 Fevral 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk şəhərində azərbaycanlı iş adamı avtomobilində partladılaraq öldürülüb.

ANS PRESS xəbər verir ki, Donetsk vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, Krasnoarmeysk şəhəri Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan, Ukrayna vətəndaşı, 57 yaşlı C. Məmmədovun avtomobili ötən həftənin şənbə günü Donetskdə qumbaraatanla atəşə tutularaq partladılıb.

C. Məmmədov avtomobilin partlaması nəticəsində yanaraq ölüb.

30 ildən çox Ukraynada yaşamış C. Məmmədov Donetsk vilayətində sərnişindaşıma və xaricdən avtomobillərin idxalı biznesi ilə məşğul olub. O, bir müddət əvvəl Donetskdə azərbaycanlıları təmsil edən cəmiyyət də yaradaraq ona rəhbərlik edib.

Onun meyiti Azərbaycana göndərilərək doğulduğu rayonda dəfn olunub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR