“İnter”in Antalya toplanışı çərçivəsində yoxlama görüşü keçirəcəyi daha 2 rəqibinin adı bəlli olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “bankirlər” “İnegölspor” və “Kayrat”la da üz-üzə gələcəklər.
Bu gün qardaş ölkəyə yollanan paytaxt təmsilçisi yanvarın 3-dən məşqlərə start verəcək. Toplanış çərçivəsində 6 yoxlama oyununda qüvvəsini sınayacaq “İnter” yanvarın 8-də “İnegölspor” (Türkiyə), 13-də “Enerji Kottbus” (Almaniya), 14-də “Kayrat” (Qazaxıstan), 17-də “Kasımpaşa” (Türkiyə), 20-də isə “Metallist” (Ukrayna) ilə üz-üzə gələcək. Yanvarın 23-də keçiriləcək son yoxlama matçındakı rəqibin adı ilə hələlik bilinmir.
Qeyd edək ki, “İnter” yanvarın 24-də vətənə qayıdacaq.
Milli.Az