“Cəhənnəmdə böyük çığırtı”

“Cəhənnəmdə böyük çığırtı”
19:09 20 Fevral 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Qabil Abbasoğlu, “Lent.az” İnformasiya Agentliyinin baş direktoru


"İlk yazıları oxumaq çox çətin oldu, amma işin başa çatdırılmasının zəruriliyini anladım və emosiya hissəsini kənara qoyaraq redaktor kimi çalışmağa başladım"

"Bu insanlığa aid olan hadisədir, bu böyük bəşəriyyətin tarixinə aid olan hadisədir"

"Burada kimin əziyyət çəkməsi mühüm deyil, əsas olan bu cür hadisələrin tarixdə qalması məsələsidir. Ən böyük əziyyəti isə hekayələrin qəhrəmanları çəkib"

"İnsan hər şəraitdə yaşamaq haqqında fikirləşir, yaşamaq haqqı olan hər kəsin haqqı təmin olunmalıdır. İnsanların, toplumların yaşmaq haqqını almaq heç kimə verilməyib. Biz tarixə bunu ötürmək istəyirdik"

"Əsirlərlə üzbəüz oturub əzabları bölüşmək elə əsirlikdə olmaq kimi bir şeydir ki, Vüsalə Məmmədova bunu yaşayıb"

"Məqsəd erməniyə nifrət deyil, biz faciələrə nifrətin, yaşamaq haqqı alınmağına nifrətin tərəfdarıyıq"

"Kitabda düşmən obrazı var və bu olmalıdır, amma kitabın qayəsi erməni kimi kiçik, lokal hadisəyə yönəlməyib, bu, bəşəriyyət üçündür"

"O şəraitdə hamı insan idi, heç kimin yadına qəhrəmanlıq düşmürdü. Amma hər kəsin içərisində dəyərlər məcmusu var ki, onlar yaşamdan daha dəyərlidir"

"Gələcəkdə Qarabağdakı hadisələrlə bağlı kəşfiyyatçının xatirələri, Azərbaycanın mədəniyyəti, etnoklturoloji məsələlər var ki, onları da kitab halına salmaq istəyirik"

"Bu kitab insanlıq və bəşəriyyət üçündür, kitabın bütün dünya dillərinə tərcüməsi nəzərdə tutulur ki dünyada sülhə bir qatqımız olsun"

Vüsalə Məmmədova, yazar

"Onların gözlərindəki ifadələri tam yazıya köçürə bilmədim, onu sözə çevirmək mümkün deyil"

"Yeganəni dinləmək onunla bir yerdə əsir olmaq qədər acılıydı"

"Mən Arzu adlı qəhrəmanımı tanımadan sevmişəm"

"Onların hekayələrini dinləyəndə itib gedirsən və qayıtmaq zaman alır"

"Biz hadisələri bir tərəfli işləmək istəmirdik, amma ikinci tərəfi heç cür tapa bilmədik"

"İnsanları dərd qədər doğmalaşdıran heç nə yoxdur"

"Layihə boyu insanların portretini çəkməyə çalışırdıq, təbii ki bunu ən yaxşı oxucu bilər. Bu insanlar nələr yaşamasına baxmayaraq məğlub olmayıblar, mənən sınmayıblar"

"İşğal altında olmuş hər şəhərimizdən insanların xatirəsini yazmaq istəyirəm"

"Əsirlikdə olan insanlarımız və əsir torpaqlarımız xətrinə bu layihəni davam etdirmək istəyirəm"

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR