Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu vacibdir

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu vacibdir
19:13 20 Fevral 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl Mediamax saytına açıqlamasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında dialoq və etimad kimi bir sıra məqamlara toxunub. Həmsədr bildirib ki, qarşılıqlı inamın bərpası üçün tərəflər arasında görüşlərin keçirilməsi çox vacibdir.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icmanın rəhbəri Bayram Səfərov bu açıqlamaya münasibət bildirərək deyib: “Dağlıq Qarabağın azərbaycanlı icması bu məsələdə daim konstruktiv mövqe sərgiləyir və dialoqa açıq olduğunu bildirir. Bu baxımdan biz dəfələrlə bildirmişik ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoq vacibdir və bu, qarşılıqlı inamın bərpa edilməsi və sülh sazişinin əldə olunmasından sonra əhəmiyyətli rol oynaya bilər. Lakin Ermənistan tərəfi bu məsələdə də konstruktiv mövqe nümayiş etdirmir. Biz dəfələrlə bu cür görüşlərin təşkil olunmasına çağırsaq da, qarşı tərəf buna imkan vermir və hər vəchlə mane olur”.
B.Səfərov bildirib ki, dialoq və etimadın qurulmasında həmsədrlərin də rolu çox vacibdir. Həmsədrlər bu məsələdə ciddi səy göstərməli və ciddi təkliflər irəli sürməlidirlər. Biz bütün görüşlərimizdə həmsədrlərə Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini açıq şəkildə bildiririk və inanırıq ki, onlar dialoq və etimad quruculuğunun vacibliyindən danışarkən bizim bu barədə ciddi səy və təkliflərimizi nəzərə alacaqlar.
Bundan başqa, dialoq və etimad məsələsində daim destruktiv mövqe sərgiləyən Ermənistan indi də yeni bəhanələrə əl atır. Belə ki, Ermənistanın xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə qondarma rejimin danışıqlarda iştirakı kimi cəfəng fikirlə çıxış edib. Halbuki indiyədək danışıqların hər hansı bir mərhələsində qondarma rejim iştirak etməyib və edə də bilməz.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dagliq_Qarabagin_azerbaycanli_ve_ermeni_icmalari_arasinda_dialoq_ve_etimadin_qurulmasinda_hemsedrlerin_de_rolu_vacibdir-833758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR