"Elnur Hüseynovdan üzr istəməlisiniz" - Məlahət Abbasova

"Elnur Hüseynovdan üzr istəməlisiniz" - Məlahət Abbasova
19:16 20 Fevral 2015
363 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar İncəsənət Xadimi Məlahət Abbasova Türkiyənin “Radikal” qəzetinə müraciət ünvanlayıb.
 
Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, akrtisa köşə yazarı Bülent Erişin “Geçmişte köpek Max, bu gün Azeri Elnur” başlıqlı təhqiramiz yazısına etiraz etdiyini bildirib:

“Elnur Hüseynovun Türkiyəyə gəlib “O səs Türkiyə”də birinci olması bəzilərini narahat edib ki, faşizm mövqeli yazılar dərc ediblər. 24 ildir ki, Türkiyədə yaşayan azərbaycanlı sənət adamı olaraq bu avam, cılız, kinli, qısqanclıq əks etdirən yazı məni üzdü.

Ağlıma Azərbaycan “Eurovision”da birinci olarkən Nigar Camalın türk bayrağı ilə səhnəyə çıxması gəldi, sevincimdən nə qədər ağlamışdım. Azərbaycan xalqı Nigarın addımını ayaqüstə alqışladı. TRT spikeri canlı yayımda ağlayaraq anons verdi. O zaman Bülent “Elnurdan mənə nə?” yazdığı kimi Nigara “Türklərdən sizə nə?” demədi. Hanı yazılarınızdakı humanistlik?

Bir erməni öldürüləndə “Hamımız erməniyik” deyib küçələrə çıxan siz azərbaycanlının sənətsevər türk xalqının səsləri ilə birinci olmasını həzm edə bilmirsiniz? Xaricdən gələn səslər sayılmır. Elnurun birinciliyini Ebruya, Rza Zərraba, Acuna bağlayırsınız?

Deməli, o zaman siz Məryəm Üzərliyə, Karolinə, Kokoya, xaricdən gələn futbolçulara da həmin fikirlə yanaşırsınız?

Bir sənət insanını itlə müqayisə etmək nə deməkdir? Bu yazı ilə Azərbaycan xalqını, Elnura səs verən türk xalqını yaralayırsınız.

Xainsiniz! 24 ildir ki, Türkiyədəyəm və gözəl insanların sayəsində gözəl yerdəyəm, ailəm hesab etdiyim bir qurumdayam. Yaxşı ki, sizin kimi faşist düşüncəli insanlar azdır. Yoxsa Türkiyəni ikinci vətəni olaraq görən bizlərin işi çətin olardı.

Bu avam, faşizm mövqeli yazınız üçün səs verən türk və Azərbaycan xalqından, möhtəşəm səsi ilə haqq etdiyi yeri qazanan Elnur Hüseynovdan üzr istəməlisiniz”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR