Poroşenko sülhməramlıları dəvət edir

Poroşenko sülhməramlıları dəvət edir
19:17 20 Fevral 2015
73 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko ölkəyə BMT-nin sülhməramlılarını dəvət edib.
 
Poroşenko deyib ki, yaranmış vəziyyətdə Ukraynaya Avrozonanın polis missiyasının gəlməsi yaxşı olardı.
"Əminəm ki, bu, Rusiya və onun dəstəklədikləri tərəfindən sülh barədə verilən sözlərin tutulmaması şəraitində ən optimal və effektli zəmanət olardı".
Bundan əvvəl o deyib ki, 80 faiz Ukrayna həbçisi son günlər ağır döyüşlər gedən Donetsk rayonunda Debalseve şəhərini tərk edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Michael Bociurkiv bildirib ki, missiya nümayəndələri hələlik Debaltseve şəhərinə gedə bilməyiblər.
 
Onun sözlərinə görə, separatçıların Minsk razılaşmasının şərtlərini öz xeyrinə dəyişdirmək istəməsi qəbuledilməzdir.
"Debaltseve - atəşin dayandırılması barədə razılaşmanın bir hissəsidir", - Bociurkiv  deyib.
 
Bu arada isə NATO baş katibi Jens Stoltenberg yenidən Rusiyaya Ukraynanın şərqindəki separatçılara yardımı dayandırmağı tələb edib.
Rusiya separatçılara hansısa yardım etdiyini təkzib edir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR