Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir

Ana dili xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir
19:18 20 Fevral 2015
500 Ölkə
Ölkə mətbuatı
A- A+


Zaqatala, 20 fevral, AzərTAc
21 fevral - Beynəlxalq Ana dili günü münasibətilə Zaqatala rayonunun təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.
AzərTAc xəbər verir ki, Suvagil kəndindəki 1 nömrəli tam orta məktəbdə keçirilən “Ana dilimizi sevək və öyrənək” mövzusunda tədbirdə dilimizin keçdiyi inkişaf mərhələsindən bəhs olunub, ana dilinin hər bir xalqın varlığını təmin edən əsas amillərdən biri olduğu vurğulanıb.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Zaqatala şəhərindəki uşaq kitabxanasında da “Ana dilim, doğma dilim” mövzusunda “dəyirmi masa” keçirilib, ana dilimizin xalqın, müstəqil Azərbaycanın ən böyük milli sərvəti olduğu bildirilib.
Sonda məktəblilər ana dilinə həsr olunan şeirlər, hikmətli kəlamlar söyləyiblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ana_dili_xalqimizin_musteqil_Azerbaycanin_en_boyuk_milli_servetidir-833763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR