Sloveniya Dağlıq Qarabağ münaqişəsinin TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır

Sloveniya Dağlıq Qarabağ münaqişəsinin TŞ-nin qətnamələri əsasında həllinin tərəfdarıdır
19:33 20 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Səba Ağayeva/

Sloveniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının (TŞ) qəbul etdiyi qətnamələrə uyğun nizamlanmısının tərəfdarıdır. Trend-in məlumatına görə, bu barədə Sloveniya hökumətinin iclasında ötən il ölkə parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən dinləmələrlə bağlı qəbul edilən sənəddə deyilir.

Sloveniya hökumətinin qəbul etdiyi sənəddə ölkənin daxil olduğu Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinə yanaşması dəstəklənir.

Sənəddə deyilir ki, Sloveniya, həmçinin münaqişənin BMT TŞ-nin qətnamələr və ATƏT-in Minsk qrupunun mandatı əsasında həllinin tərəfdarıdır.

Sloveniya hökuməti münaqişənin nizamlanması üzrə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Qeyd edək ki, ötən il dinləmələrin yekunu üzrə qəbul edilmiş sənədə əsasən, münaqişənin nizamlanması beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü və TŞ-nin münaqişənin həlli üzrə qəbul etdiyi qətnamələrə əsaslanmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR