Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq

Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq
19:33 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana dili gününə həsr edilmiş “Cəlil Məmmədquluzadə yaradıcılığında ana dili və azərbaycançılıq” mövzusunda tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları mövzu ilə əlaqədar təşkil edilmiş kitab sərgisi və ekspozisiya ilə tanış olublar.
Tədbirdə bildirilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitələrdəndir.
Çıxış edənlər görkəmli ədib Cəlil Məmmədquluzadəni ana dilimizin təəssübkeşi kimi dəyərləndiriblər.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il qeyd olunan Beynəlxalq Ana dili gününə həsr olunmuş gecədə dünya dilləri sırasında Azərbaycan dilinin özünəməxsus yeri olduğu bildirilib.
Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celil_Memmedquluzade_yaradiciliginda_ana_dili_ve_azerbaycanchiliq-833774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR