Bu "gəlin"ə 2 metrlik qızıl zəncir hədiyyə edildi (VİDEO)

Bu "gəlin"ə 2 metrlik qızıl zəncir hədiyyə edildi (VİDEO)
19:41 20 Fevral 2015
190 Digər
Ölkə mətbuatı
A- A+

Qardan hazırlanan "gəlin"ə 2 metrlik qızıl zəncir taxılıb.

ANS PRESS-in məlumatına görə, bu qəribə hadisə Türkiyədə baş verib. Bursada çəkildiyi deyilən görüntülərdə bəy kostyumu geyən, bir uşaq atası K.Ertan adlı şəxs əks olunub.

Ertan ölkədə müşahidə olunan dondurucu soyuqdan əziyyət çəkənlərdən biridir. O, Bursada çoxlu qar yağdığına görə bir neçə gün işə gedə bilməyib. Boş vaxtlarından səmərəli istifadə edən kişi özünə qardan "gəlin" düzəldib. Daha sonra 10 illik bəy kostyumunu geyinən Ertan maraqlı addım atıb.

Ertan toy adətlərindəki kimi qardan "gəlin"ə hədiyyə olaraq qızıl zəncir taxıb və bu anı kameraya qeyd edib. Qardan "gəlin" adi gəlindən geyimi ilə heç də geri qalmayıb.

Ətrafdakıların alqışları ilə mərasimi yekunlaşdıran Ertan "gəlin"i öpməyi də yaddan çaxartmayıb. Ancaq bəy onu öpərkən bir az çətinlik çəkib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR