Teymur Rəcəbov ənənəsi: 5 oyun, 5 heç-heçə

Teymur Rəcəbov ənənəsi: 5 oyun, 5 heç-heçə
19:46 20 Fevral 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

Tiflisdə FİDE Qran-Prisinin 5-ci turunun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, hesabat turunda qeydə alınan nəticələrdən sonra azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov liderlərdən bir qədər də aralı düşüblər.

Məmmədyarov turnirdə ardıcıl 2-ci, ümumilikdə isə 3-cü məğlubiyyətini alıb. O, bu dəfə gürcü Baadur Cobavaya məğlub olub.

Rəcəbov isə 5-ci partiyasını da heç-heçə başa vurub. Bu dəfə fransız Maksim vaşye-Laqravla.

5 turdan sonra Teymurun 2,5, Şəhriyarın isə 2 xalı var.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR