Milyon dollarlıq avtomobili pulsuz aldı (FOTO)

Milyon dollarlıq avtomobili pulsuz aldı (FOTO)
19:51 20 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

Macarıstanlı gənc tullantıların içərisindən götürdüyü "dəmir parçası"ndan milyon dollarlıq yarış avtomobili düzəldib.

ANS PRESS-in məlumatına görə, Macarıstanda bir adam atılmış avtomobillərin içərisindən ən pis vəziyyətdə olan, istifadəyə yararsız bir minik avtomobilini götürərək onu tamamilə dəyişib. Avtomobili yenidən yaradan həmin şəxs tullantı dəmir parçasını yepyeni bir yarış maşınına çevirib. O, avtomobilin bütün hissələrini dəyişib, xarici görünüşünü də təzələyib.

Lakin bu bərpa işləri də kifayət qədər xərc aparıb. Həmin şəxs avtomobilin bu hala gətirilməsi üçün minlərlə dollar pul xərclədiyini deyib. Bununla belə, macarıstanlı gənc uduzmaq niyyətində deyil. O öz əllərilə yenidən yaratdığı yarış maşınını milyon dollara satmaq niyyətindədir. Macarıstanlı gənc avtomobilin reklamına belə bir yazı da yazıb: "Yaponiyada istehsal edilib, Macarıstanda yenilənib".













































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=326962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR