Qərbi Azərbaycanda kürd edam oluna bilər

Qərbi Azərbaycanda kürd edam oluna bilər
20:05 20 Fevral 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

BMT ekspertləri insan haqları fəallarına qoşularaq rəsmi Tehranı iranlı-kürd kişinin edamını dayandırmağa çağırıb.
Gözlənilir ki, 22 yaşlı Saman Naseem cümə axşamı Qərbi Azərbaycan vilayətində edam olunacaq. Qadağan olunmuş kürd partiyasının silahlı fəaliyyətində iştirak etməkdə ittiham olunaraq həbs olunanda o, 17 yaşında idi.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, 2013-cü ildə iddia edildiyinə görə, cinayəti işgəncə altında boynuna alandan sonra Saman Naseem ölüm cəzası almışdı.
 
BMT ekspertləri deyiblər ki, azyaşlı cinayətkarların edamı beynəlxalq qanunvericiliyə tamamilə ziddir.
Cənab Naseem 2011-ci ilin iyul ayında, Sərdəşt şəhərində Kürdistanda Azad Həyat Partiyasının (PJAK) və İnqilab Keşikçilərinin üzvləri arasında atışmadan sonra həbs olunmuşdu.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR