İŞİD-dən alçaq hərəkət (VİDEO)

İŞİD-dən alçaq hərəkət (VİDEO)
20:11 20 Fevral 2015
170 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terrorçu qruplaşması dəhşətli əməllər törətməkdən əl çəkmir.

ANS PRESS-in məlumatına görə, terrorçular ən adi bir "səhv" üstündə edama əl atırlar. İŞİD-çilər bu dəfə bir qadını qırmızı gödəkçə geyindiyinə görə edam edib.

Belə ki, qadını görən terrorçular onu saxlayıblar və niyə qırmızı gödəkçə geyindiyini soruşublar. Bildiriblər ki, qadın qırmızı gödəkçə geyinməklə qaydaları pozub.

Terrorçular qadını diz üstünə çökdürüb, başından güllə ilə vuraraq öldürürlər. Ətrafdakılar isə bu edam səhnəsini telefona çəkirlər, heç kim də etirazını bildirmir.

Edamın videosu internetdə yayılıb və baxılma rekordu qırır.

Qeyd edək ki, İŞİD terrorçu qruplaşması İraqda daha 45 nəfəri isə yandıraraq öldürüb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR