Sabah Azərbaycanda havanın hərarəti bir qədər yüksələcək

14:07 2 Yanvar 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 14:01 ]

Bakı. Könül Kamilqızı – APA. Yanvarın 3-də Bakı və Abşeron yarımadasında hava">havanın gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacaq olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR