Apple 2020-ci ildə elektromobil istehsalına başlamağı planlaşdırır

Apple 2020-ci ildə elektromobil istehsalına başlamağı planlaşdırır
20:13 20 Fevral 2015
53 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Amerikanın Apple kompaniyası 2020-ci ildə elektromobil istehsalına başlamağı planlaşdırır. Bu barədə işgüzar xəbərlər agentliyi Bloomberg məlumat verib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Apple kompaniyasının yüksək məxfilik rejimində hazırladığı elektromobil quruluşuna görə minivenə oxşayacaq. Təxminən bir il bundan əvvəl kompaniyanın baş direktoru Tim Kuk tərəfindən təsdiqlənmiş layihə “Titan” adı alıb. Apple kompaniyasının “avtomobil” bölməsinə məhsulun dizayn üzrə vitse-prezidenti Stiv Zadeski rəhbərlik edir. Onun əvvəllər Ford korporasiyasında işlədiyi bildirilir.
The Wall Street Journal qəzetinin məlumatına əsasən Apple şirkətində elektromobilin yaradılmasına minə qədər mütəxəssis cəlb olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Apple_2020_ci_ilde_elektromobil_istehsalina_baslamagi_planlasdirir-833793

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR