V.Jirinovski: “Ermənistan monoetnik dövlətdir”

V.Jirinovski: “Ermənistan monoetnik dövlətdir”
20:13 20 Fevral 2015
95 Dünya
Ölkə mətbuatı
A- A+


Moskva, 20 fevral, Fəridə Abdullayeva, AzərTAc
“Rusun Ermənistanda gizlənməsi çətin məsələdir – Ermənistan monoetnik ölkədir, rusu orada dərhal görəcəklər. Rusiya isə çoxmillətli ölkədir, bizdə gəlmələr o qədər də seçilmir”.
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bu sözləri Rusiya və Ermənistan vətəndaşlarının bu iki dövlət ərazisində olması qaydası haqqında ikitərəfli sazişin ratifikasiya olunması məsələsi Rusiya parlamentində müzakirə edilərkən söyləyib.
V.Jirinovski fikrini izah edərək deyib: “Biz bu sazişi ratifikasiya edirik. Lakin gəlin sual edək: bu halda ölkəmizə gələn cinayətkarların sayı artmayacaqmı? Axı qonşu dövlətlərdən Rusiyaya cinayətkarlar axını sürətlənir. Belə şəraitdə qeydiyyat qaydalarını yumşaltmaq lazımdırmı?”
Jirinovski təəssüflə qeyd edib ki, Rusiya öz qonşuları ilə münasibətlərdə keçmişin ən pis təcrübəsini təkrarlayır.
RLDP lideri deyib: “Rusiya SSRİ deyil və yenidən uşaq oyunu oynamağa başlamaq və vahid valyutanı, hamı üçün ümumi vətəndaşlığı qaytarmağa çalışmaq lazım deyil. Mənə belə gəlir ki, Gömrük İttifaqı və Avrasiya İqtisadi İttifaqı yalnız Qazaxıstanın, Belarusun və Ermənistanın xeyrinə olacaq. Biz SSRİ-nin təcrübəsini təkrar edirik – hər şey Rusiyanın hesabına olur. Bu müqavilə yalnız ermənilərin Rusiyaya gəlməsinə və qeydiyyata alınmamasına imkan verilməsi barəsindədir. Bu artıq dördüncü ölkədir ki, biz onun barəsində qeydiyyatla bağlı məhdudiyyətləri götürürük. Bu, yaxşıdır, yoxsa pis? Yəqin ki, perspektivdə pis olacaq. Bu cür siyasət bizim ölkəmizə gələn cinayətkarların sayını artırmayacaqmı?
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/VJirinovski_Ermenistan_monoetnik_dovletdir-833792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR