Mətbuat Şurasına üzvlük qaydaları təsdiqləndi

Mətbuat Şurasına üzvlük qaydaları təsdiqləndi
20:18 20 Fevral 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 20-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib.
Şuradan AzərTAc-a verilən məlumata görə, iclasda müzakirə edilən məsələ quruma üzvlük qaydalarının yeni variantı olub.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yeni variant İdarə Heyətinin üzvləri ilə bir neçə dəfə müzakirə olunub. Sənədə ekspertlər də rəy veriblər. Şura sədri qaydaların İdarə Heyətinin ötən iclasında əsas olaraq qəbul edildiyini diqqətə çatdıraraq orada yer alan bir sıra prinsipial məqamlardan söz açıb. “Ümumən qaydalar bütün növ media fəaliyyəti ilə məşğul olan qurumlar üçün eyni tələbləri müəyyənləşdirir. Başlıca tələb peşə prinsiplərinə riayət etmək, iş mütəmadiliyini qorumaq və fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərə uyğun qurmaqdır. Müəyyən spesifik cəhətlər də var ki, onlar əsasən onlayn media resursları ilə bağlıdır. Digər tərəfdən, ənənəvi kütləvi informasiya vasitələrinin, yəni, qəzet və jurnalların lazımi tiraj göstəricilərinin dəqiqləşdirilməsi də önəmli cəhətdir”, - deyə Ə.Amaşov bildirib. O, qeyd edib ki, qaydalarda Şuraya üzv olmaq istəyən təşkilatlar üçün zəruri fəaliyyət ardıcıllığının müəyyənləşdirilməsi də vacib amildir.
Müzakirələrin gedişində sənəd qəbul edilib. Mətbuat Şurasına üzv olmaq istəyən qurumların məsələsinə yeni qaydalara əsasən baxılması qərara alınıb. Qaydalar Mətbuat Şurasının rəsmi veb-səhifəsində yerləşdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Metbuat_Surasina_uzvluk_qaydalari_tesdiqlendi-833796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR