Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub - FOTO

Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub - FOTO
20:22 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 20:15 ]

Ağdam. Teymur Zahidoğlu - APA. Əbdürrəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı serbiyalı yazıçı Miroslav Mitroviçin “Gecə yarısı soyğunçuluq” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerasını keçirib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Marif Məmmədovun tərcüməsində hazırlanan səhnə əsəri Ağdam teatrının binasında tamaşaçılara təqdim edilib. 

 

Tamaşanın rejissoru Sərvər Əliyev, baş rolların ifaçıları isə Azərbaycan əməkdar artisti Cəmilə Məmmədzadə, tanınmış aktyor Natiq Fərzəliyev və Afirədə Sabirqızıdr. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR