Yaponiyalı qonaqlar İsmayıllıda

Yaponiyalı qonaqlar İsmayıllıda
20:33 20 Fevral 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 20 fevral, Adil Ağayev, AzərTAc
Yaponiyanın İto şəhərinin Beynəlxalq Qonaqlama Təşkilatının üzvləri İşida Kazuko, Şuzuki Mitsue və Mori Ryako İsmayıllıya səfər ediblər.
AzərTAc xəbər verir ki, İsmayıllı şəhəri ilə qardaşlaşan İto şəhərinin nümayəndələrinin gəlişi bu ilin mayında yaponiyalı şagirdlərin rayona edəcək səfərinə hazırlıq məqsədi daşıyır.
Fevralın 20-də rayon icra hakimiyyətində yaponiyalı qonaqlarla görüş keçirilib. Görüşdə İsmayıllı rayonu haqqında ətraflı məlumat verilib, perspektiv əlaqələrdən danışılıb. Sonra qonaqlar rayonun 1 saylı tam orta məktəbində olub, İsmayıllıdakı Yapon bağını, park və xiyabanları gəziblər.
Fevralın 22-də yola düşəcək qonaqlar rayonun bir çox tarixi yerlərində olacaq, yaponiyalı uşaqları qəbul edəcək ailələrlə görüşəcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyali_qonaqlar_Ismayillida-833799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR