Keyt Middltonun saçları ağarır

Keyt Middltonun saçları ağarır
20:41 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

İngiltərə şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoginyası Keyt Middltonun ağ saçları ingilis mediasının və sosial şəbəkələrinin gündəmini zəbt edib.

Axşam.az “Dailymail” saytına istinadən xəbər verir ki, 33 yaşlı Keyt Middltonun “Cape Hill” uşaq mərkəzinə ziyarəti zamanı saç diblərinin ağardığı paparatsilərin gözündən qaçmayıb. 

İkinci övladının yolunu gözləyən Middltonun hamiləliyi ilə bağlı saçlarına boya qoymadığı sosial media istifadəçiləri tərəfindən təqdir edilib və çoxları bunun adi hal olduğunu deyərək paparatsiləri şahzadənin ağarmış saçlarını qabartdıqlarına görə qınayıblar.
 
Mövzu iki gündür “Twitter” sosial şəbəkəsində trenddir.


 


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR