İdman bençpress və pauerliftinq növləri üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

İdman bençpress və pauerliftinq növləri üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
20:43 20 Fevral 2015
199 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Beş nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Məktəbində idmanın bençpress və pauerliftinq növü üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib.
AzərTAc xəbər ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birinciliyin bençpress yarışlarında Azər Əlizadə (52 kq), Ülvi Əhmədov (56 kq), Elvin Eynalov (60 kq), Coşqun Ağazadə (67,5), Əli Əliyev (75 kq), Zərdüşt Həzrətov (82,5 kq), Bəxtiyar Atai (90 kq), Vüsal Ağalarov (100 kq), Yasər İbrahimov (110 kq), Paşa İbrahimov (125 kq), Samir Hüseynov (125 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Pauerliftinq üzrə yarışlarda isə Fərid Ağayev (52 kq), İntiqam İsayev (56 kq), Elvin Eynalov (60 kq), Coşqun Ağazadə (67 kq), Fərdi Qurbanov (75 kq), Zərdüşt Həzrətov (82,5 kq), Boqdan Kovalenko (90 kq), Vüsal Əliyev (100 kq), Yavər İbrahimov (110 kq), Əli Ağayev (125 kq), Samir Bağırov (125 kq-dan yuxarı) qızıl medal qazanıblar.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Idman_benchpress_ve_pauerliftinq_novleri_uzre_Baki_birinciliyinin_qalibleri_mueyyenlesib-833806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR