Bayram günü qohumunu öldürdü

Bayram günü qohumunu öldürdü
14:12 2 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Goranboy rayon sakini qətlə yetirilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Baxçakürd kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Quliyev Zaur Muxtar oğlu qohumu, rayonun Dəyirmançı kənd sakini, 1977-ci il təvəllüdlü Avazov İsrafil Avaz oğlunu bıçaqlayıb. Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/316933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR