“Qələbə marşalları”: Semyon Konstantinoviç Timoşenko – 120

“Qələbə marşalları”: Semyon Konstantinoviç Timoşenko – 120
20:53 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 18-də Sovet İttifaqı Marşalı Semyon Timoşenkonun anadan olmasının 120 ili tamam olub. Ukraynada yoxsul kəndli ailəsində dünyaya göz açan Semyon Konstantinoviç ailənin 17-ci uşağı olub. Hərb elminə döyüşlərdə yiyələnib və artıq 24 yaşında diviziya komandiri olub. S.Timoşenko 1970-ci ildə vəfat edib. O, Moskva şəhərində, Qızıl Meydanda Kreml divarı önündə dəfn olunub.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən AzərTAc-a bildiriblər ki, RİMM-də Rusiya Müdafiə Nazirliyinin “Voyeninform” studiyasının istehsalı olan “Qələbə marşalları. Semyon Timoşenko” sənədli filminə baxış olub.
Elə həmin gün 1964-cü ildə “Gürcüstanfilm” kinostudiyasında lentə alınan “Əsgər atası” bədii filmi nümayiş etdirilib. Artıq 50 ildən çoxdur ki, bu gözəl film bizə o dəhşətli müharibədə faşizmə qalib gəlmiş sovet əsgərlərinə görə qürur hissi aşılayır.
Heydər Əliyev adına Azərbaycan Ali Hərb Məktəbinin kursantları tamaşaçılar arasında olublar.
RİMM-nin “Kino hamı üçün” və “Qələbə marşalları” layihələri çərçivəsində təşkil edilən kinonümayiş Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunub.
Fevralın 25-də saat 17-də RİMM-də rejissor Tahir Əliyevin “Qafqaz qartalının uçuşu” sənədli filminə və 1974-cü ildə A.Dovjenko adına kinostudiyada lentə alınan “Döyüşə ancaq qocalar gedir” bədii filminə baxış olacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qelebe_marsallari_Semyon_Konstantinovich_Timosenko___120-833817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR