“Sumqayıt”-“Simurq” qarşılaşması heç-heçə başa çatıb

21:03 20 Fevral 2015
51 İdman
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 20 fevral, AzərTAc
Topaz Premyer Liqasında 23-cü turun oyunları keçirilib. “Sumqayıt” futbol klubu Zaqatalada “Simurq”la qarşılaşıb.
“Sumqayıt”ın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandadan yeganə qolu 39-cu dəqiqədə Məhəmməd Qurbanov vurub.
Qarşılaşmadan sonra mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə deyib: “Maraqlı oyun alındı. Futbolçular sonadək mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayit_Simurq_qarsilasmasi_hech_heche_basa_chatib-833823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR