Bakıda 8 dərəcə isti olacaq

Bakıda 8 dərəcə isti olacaq
14:14 2 Yanvar 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

 

Yanvarın 3-də Bakı və Abşeron yarımadasında hava gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacaq olacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR