Azərbaycan üçün yeni qızıl iPhone-lar (FOTO)

Azərbaycan üçün yeni qızıl iPhone-lar (FOTO)
21:06 20 Fevral 2015
282 Ölkə
Ölkə mətbuatı
A- A+

Caviar şirkətinin rəhbərliyi altında Perla Penna emalatxanasından olan Florensiya zərgərlərindən ibarət komanda iPhone smartfonlarının qeyri-adi versiyasını yaratmaq qərarı veriblər.

Bu məqsədlə onlar üzərində Azərbaycanın dahi şəxsiyyətlərinin portreti olan qızıl telefonlar hazırlayıblar. Supremo kolleksiyasına daxil olacaq iPhone telefonlarının Bakıda geniş təqdimatı keçiriləcək. Bundan öncə Caviar üzərində Azərbaycanın xəritəsi, bayrağı və gerbi, eləcə də Rusiya prezidenti Vladimir Putinin, boksçu Məhəmməd Əlinin, Apple şirkətinin təsisçisi Stiv Cobsun və Avropa İntibah dövrünün görkəmli mütəfəkkiri Leonardo Da Vinçinin portreti olan telefonlar buraxıb.

Caviar Supremo Ali telefonun üzərində əfsanəvi Amerika boksçusu Məhəmməd Əlinin portreti əks olunub. Bu telefon öz işində uğurlu olan biznesmenlərin seçimidir. Portret telefona zərgər Lorenso Qaibi tərəfindən "bulino" İtalyan texnologiyası üzrə həkk edilib.

Caviar Supremo Jobs - Apple şirkətinin təsisçisi, öz zəmanasinin qəhrəmanı, novator Stiv Cobsa həsr olunub. Telefonun arxa korpusunda qızıl lövhəcikdə bütün intellektualların məşhur manifesti olan "Think different" ifadəsi yazılmışdır. Dəbdəbənin və ağıllı texnologiyanın vəhdəti olan bu smartfon mükəmməllik axtaranlar üçün yaradılıb.

Rusiya prezidenti Vladimir Putinin şərəfinə isə Caviar 3 qızıl iPhone buraxıb. Caviar Supremo Putin - standart iPhone 5 smartfonundan arxasına çəkilən 18 karatlıq qızıl örtüklə seçilir. İdeyanın müəllifləri modeli "Putinofon" adlandırıblar. Caviar Supremo Putin II modelində Vladimir Putinin şəklindən əlavə, Rusiya Federasiyasının gerbi də əks olunub. Telefonun arxa qızıl paneli möhtəşəm relyef oyma ilə bəzədilib, qrafik faktura isə qiymətli metalı mexaniki zədələnmədən qoruyur. Caviar Ti Supremo Putin smartfonunda isə Putinin portreti və Moskva Kreml ansamblının şəkli titan hissədə xüsusi texnoligiya ilə yerləşdirilib.

Caviar Supremo Da Vinci - smartfonu Leonardo Da Vinçinin portreti və onun "Vitruvian insan" əsəri ilə bəzədilib. İtalyan zərgərləri eksklüziv smartfonun harmonik dizaynını yaratmaq üçün qızıl kəsmə ölçülərinə sadiq qalıblar. Bu telefon incəsənətə müraciət edən və əbədi dəyərlərə investisiya etməyə üstünlük verən insanlar üçün ilham mənbəyi olacaq.


















Mənbə
Buro247.az



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR