Azərbaycan Turizm və Menecment Universitetində “Vətənpərvərlik” mövzusunda rəsm sərgisi təşkil olunub

Azərbaycan Turizm və Menecment Universitetində “Vətənpərvərlik” mövzusunda rəsm sərgisi təşkil olunub
21:13 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan rəsm sərgisi keçirilib.
Sərgini Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Art Monarx” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ali təhsil ocağı ilə birgə təşkil edib.
Universitetdən AzərTAc-a bildirilib ki, tədbirdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov sərgidə müxtəlif yaş qruplarından olan 80-dək rəssamın əsərlərinin nümayiş olunduğunu qeyd edib.
Sonda tədbirdə iştirak edən rəssamlara sertifikatlar verilib. Üç rəssam isə sərgidə fərqləndiklərinə görə diplom və “Atlas Travel” tərəfindən daxili tur-paketlə mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_Vetenperverlik_movzusunda_resm_sergisi_teskil_olunub-833824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR