BDU-da “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda tədbir

BDU-da “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda tədbir
21:18 20 Fevral 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Dövlət Universitetində (BDU) “Mülki müdafiənin təşkili, mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda maarifləndirmə tədbiri keçirib.
BDU-dan AzərTAc-a bildiriblər ki, tədbirdə universitetin həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, professor İsmayıl Əliyev mövzunun əhəmiyyətindən danışıb.
FHN Mülki Müdafiə Qoşunları Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev mülki müdafiə fənninin ölkənin ayrı-ayrı universitetlərində, o cümlədən BDU-da yüksək səviyyədə tədris olunduğunu bildirib.
FHN Mülki-Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribov Mülki müdafiə qoşunları qarşısında qoyulan vəzifələrdən bəhs edib, müvafiq fənnin tədrisinin vacibliyini vurğulayıb.
Sonra mövzu ilə bağlı video-materiallar nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BDU_da_Mulki_mudafienin_teskili_mulki_mudafie_sahesinde_ehalinin_hazirlanmasi_movzusunda_tedbir-833827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR