Məşhur aktrisa cazibədar bədənini nümayiş etdirdi (FOTO)

Məşhur aktrisa cazibədar bədənini nümayiş etdirdi (FOTO)
14:16 2 Yanvar 2015
308 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa Qvinet Peltroy "Harper's Bazaar" jurnalının fevral buraxılışının üz qabığında görünüb.

Peltroy cazibədar bədən quruluşunu brend geyimlərdə bir daha nümayiş etdirib.

Peltroy ilk dəfə olaraq, ayrıldığı həyat yoldaşı, musiqiçi Kris Martinlə münasibətləri barədə də danışıb: "Hər ikimiz səhvlər etdik. Yaxşı günlərimiz də oldu, pis günlərimiz də... Mən fəxr edirəm ki, bütün çətinlikləri birlikdə aşdıq və bir-birimizi nədəsə ittiham etmədik. Elə məqamlar olur ki, düşünürəm, gərək uşaqlarımıza görə nikahımızı qoruyub saxlayardıq. Ancaq indi biz yaxın dostuq və əvvəllər olduğu kimi səmimi münasibətimiz var".

Qeyd edək ki, 2003-cü ildən evli olan Peltrou və Martin cütlüyü 2014-cü ildə rəsmi şəkildə boşandı. Onların 2 övladı var.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=317468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR