Azərbaycanda elektron ticarətdə yeniliklər (VİDEO)

Azərbaycanda elektron ticarətdə yeniliklər (VİDEO)
21:26 20 Fevral 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Elektron ticarətin inkişafını dəstəkləyən şirkətlər bu sahədə mövcud olan problemləri müzakirə etmək üçün bir araya gəlib.

ANS TV-nin məlumatına görə, banklar, ödəniş sistemləri, eləcə də elektron ticarəti təşkil edən portallar, bir sözlə elektron ticarətin baş tutmasında iştirak edən bütün tərəflər öz fikirlərini və təkliflərini bildiriblər. Bu sahənin inkişafı üçün dövlətdən də müəyyən dəstək istənilib. Elektron ticarətə vergi güzəştinin olması təklif edilir.

“Elektron-ticarət zirvəsi” adlandırılan tədbirin məqsədi əslində bu sahədə fəaliyyət göstərən qurumların, eləcə də sadə insanların dialoqounu təşkil etmək idi. Bu fürsətdən istifadə edən tərəflər öz yeniliklərini də təqdim etdilər. Bank nümayəndələrinin təqdimatından məlum oldu ki, Azərbaycanın kart istifadəçiləri bundan əsasən pulun nağdlaşdırılmasında istifadə edir. Elektron ödənişlərə isə daha çox kommunal, mobil ödənişlər, mərc oyunları nəzərdə tutulur. Elektron ticarət vasitəsilə ilə isə daha çox elektron cihazlar, geyim və aksesuarlar alınır.

Azərbaycanda elektron ticarətin səviyyəsini dünya ilə müqayisə etmək isə qeyri-mümkündür. Məhz buna görə, mütəxəssislər hesab edir ki, ticarətin bu növünə müəyyən güzəştlər olmalıdır. Məsələn, bu ƏDV tətbiq olunan dövriyyənin artırılması şəklində ola bilər.

Ekpert Rəşad Camal ƏDV-nin e-ticarət üçün 129 mindən 500 minə və 1 milyona kimi artırılmasının tərəfdarı olduqlarını bildirdi. O, e-ticarətin bazarda təzə olduğunu və bunun üçün adaptasiya dövrünü keçməyin vacibliyini vurğuladı.

İlin sonuna qədər elektron ticarətlə bağlı yenilik də olacaq. Artıq bütün əməliyyatları milli ödəniş sistemi üzərindən, Viza və Master platformasına çıxmadan etmək mümkün olacaq. Milli sistem ilin sonunda hazır olmalıdır.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR