Aydın Əliyev Avstriya nümayəndə heyətini qəbul edib

Aydın Əliyev Avstriya nümayəndə heyətini qəbul edib
21:32 20 Fevral 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 21:25 ]

Bakı-APA. Fevralın 20-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general- leytenantı Aydın Əliyev Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfıri Aksel Vexin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Azərbaycanla Avstriya arasında istər siyasi, iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı vəziyyətini xarakterizə edən Komitə sədri bu gün sürətli iqtisadi inkişaf tempi illə irəliləyən Azərbaycanın Avstriya ilə bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

 

Komitə sədri qeyd edib ki, ölkələr arasında əməkdaşlığın, о cümlədən iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır. 2002-ci və 2010-cu illərdə imzalanmış “Avstriya Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respub­likası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki ölkə arasında gömrük xidmətlərinin qarşılıqlı səmərəli fəaliyyətini xeyli təkmilləşdirmiş, əməkdaşlığın genişlənməsinə əlavə stimul verib. DGK sədri A.Əliyev, həmçinin 2010-cu ildə Avstriyada “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, 2011-ci ildə isə “Narkotiklərə yox deyək!” mövzularında keçirilən sərgiləri məmnunluqla xatırlayaraq iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafı baxımından bu cür tədbirlərin, eləcə də ikitərəfli görüşlərin müstəsna əhəmiyyətindən danışıb.

 

Səmimi qəbula görə Aydın Əliyevə təşəkkür edən səfır Aksel Vex respublikamızda diplomatik fəaliyyətindən məmnunluğunu ifadə edib, həqiqətən Azərbaycanda uğurlu inkişaf yolu keçən iqtisadi tərəqqinin şahidi olduğunu bildirib. Avstriya hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini vurğulayan səfır iki dost ölkə arasındakı münasibətlərin hazırkı durumundan razılıqla söhbət açıb, eləcə də Avstriya ilə Azərbaycanın gömrük orqanlarının birgə əməkdaşlığını müsbət qiymətləndirib.

 

Görüşdə, eyni zamanda iki ölkənin gömrük orqanları arasında qarşılıqlı əlaqələrin gələcək perspektivləri barəsində geniş fıkir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373573

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR