Yeddinci siniflərdə istifadədə olan “Biologiya” dərslik dəstinin elmi-metodiki monitorinqi başa çatıb

21:33 20 Fevral 2015
85 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Ümumtəhsil məktəblərinin VII siniflərində istifadə edilən “Biologiya” dərslik dəstinin elmi-metodiki monitorinqi ilə bağlı seminar olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, seminarda dərslik dəsti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilib.
Seminar “Dərslik portalı”nda canlı yayımlanıb.
VII siniflərində istifadədə olan “Biologiya” dərslik dəstinin elmi-metodiki monitorinqi başa çatıb.
Müzakirədə verilən təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeddinci_siniflerde_istifadede_olan_Biologiya_derslik_destinin_elmi_metodiki_monitorinqi_basa_chatib-833832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR