İsrail Azərbaycan ilə İKT sahəsində əməkdaşlığın inkişafını vacib hesab edir

İsrail Azərbaycan ilə İKT sahəsində əməkdaşlığın inkişafını vacib hesab edir
21:53 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki səfiri Rafael Harpaz ilə keçirilən görüşdə Azərbaycan və İsrail arasında informasiya-kommunikasiya texnologiyaları ( İKT) sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazirlikdən AzərTAc-a bildirilib ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan-İsrail münasibətlərinin bütün sahələrdə, o cümlədən İKT sahəsində hazırkı səviyyəsinin razılıq doğurduğu bildirib. Nazir “Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən davam etdirilən əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulayıb.
Kibertəhlükəsizlik məsələsinin aktuallığını qeyd edən Rafael Harpaz bu sahənin gələcək əməkdaşlıq istiqamətlərində yer almasının vacibliyi bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Israil_Azerbaycan_ile_IKT_sahesinde_emekdasligin_inkisafini_vacib_hesab_edir-833835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR