İranlı nazirə tapşırıq: "Gülümsə!"

İranlı nazirə tapşırıq: "Gülümsə!"
21:57 20 Fevral 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

İranın ali dini rəhbəri ölkənin xarici işlər nazirinə nüvə proqramı üzrə beynəlxalq danışıqlar zamanı daha çox gülümsəmək göstərişi verib.
Milli.Az BBC-yə istinadən bildirir ki, XİN başçısı Məhəmməd Cavad Zərifin sözlərinə görə, Ayətullah Əli Xameneyi ona məsləhət görüb ki, o, sözünü demək istəyəndə qışqırmasın, əvəzinə gülümsəsin.
 
Görünür ki, ali dini rəhbər cənab Zərif barədə şaiyələri eşidib: deyilənə görə, diplomat, ABŞ dövlət katibi John Kerry ilə görüşlərində qəzəblənərək o qədər bərkdən danışır ki, cangüdənlər hərdən otağa girib hər şeyin yaxşı olub-olmadığını yoxlayırlar, İRNA agentliyi xəbər verir.

"Növbəti dəfə ali dini liderə baş çəkəndə, o, məndən soruşdu: 'Nəyə görə görüşlərdə qışqırırsan? Gülümsəyib demək istədiyini de'", - cənab Zərif oğlanlar üçün məktəbə səfəri zamanı xatırlayıb.
 Ayətullah Xameneyi, həmçinin ona "mübahisə etməməyi" məsləhət görüb, o deyir.
 
Yanvarda isə cənab Zərif amerikalı həmkarı ilə həddən artıq yaxın göründüyünə görə mühafizəkarların tənqidinə məruz qalmışdı.
 
Milli.Az

 

Baxış: 3


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR