Almaniyada Hitlerin kitabı nəşr ediləcək

Almaniyada Hitlerin kitabı nəşr ediləcək
21:58 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Məftun Salmanov/

Adolf Hitlerin "Mein Kampf" kitabı yenidən nəşr ediləcək. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, Mühhendəki Müasir Tarix İnstitutunun araşdırmaçıları bunu 2016-cı ildə həyata keçirməyi planlaşdırırlar.

Bu, II Dünya müharibəsindən sonra kitabın ilk nəşri olacaq. Kitab iki cilddən və 2 mindən çox səhifədən ibarət olacaq. İlk 780 səhifədə 1925-ci ildə yazılmış kitabın 27 başlığı dərc ediləcək. Qalan səhifələrdə isə araşdırmaçıların şərhləri yer alacaq.

Bununla da kitab nasizmi təbliğat etmək əvəzinə onu qınayacaq. Qeyd edək ki, Hitler kitabı həbsxanada olarkən yazıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2366655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR