Bakıda 3 otaqlı ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qaradağ rayonunda vətandaşa məxsus ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin mətbəxi və dəhlizi 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.