“Neftçi”nin futbolçusu Macarıstan komandasında 7 nömrəli forma ilə çıxış edəcək

“Neftçi”nin futbolçusu Macarıstan komandasında 7 nömrəli forma ilə çıxış edəcək
22:13 20 Fevral 2015
57 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Bakının “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov icarə əsasında keçdiyi Xorvatiyanın “Hayduk” komandasında rəsmən təqdim olunub.
AzərTAc xəbər verir ki, 23 yaşlı futbolçuya Split təmsilçisinin 7 nömrəli forması verilib. Yeni komandası ilə mövsümün sonunadək çıxış edəcək R.Qurbanov hücum xəttinin istənilən nöqtəsində oynamağı bacardığını bildirib. “Hayduk”un nə qədər böyük klub olduğunu bilirəm. Klub rəhbərliyi mənə inanıb, komandanın heyətinə cəlb edib. Çalışacağam ki, bu etimadı doğruldum.
R.Qurbanov müqavilə ilə məxsus olduğu “Neftçi”də 41 oyunda 8 qol vurub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchinin_futbolchusu_Macaristan_komandasinda_7_nomreli_forma_ile_chixis_edecek-833840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR