Fövqəladə Hallar Nazirliyinin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib
22:18 20 Fevral 2015
251 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubu və FHN işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə fevralın 19-20-də nazirliyin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib.
Klubdan AzərTA-a bildiriblər ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında keçirilən yarışda nazirliyin 18 qurumunu təmsil edən 100-ə yaxın nümayəndə 60, 65, 70, 80, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində 24 kiloqramlıq daşlarla gücünü sınayıb. Hər təkan 24 kiloqramlıq daşlarla icra edilib və iki xalla qiymətləndirilib.
Əvvəlcə birdənqaldırma, sonra təkan çalışmaları yerinə yetirilib. Gərgin mübarizə şəraitində keçən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev hakimlik edib.
Komanda hesabında 1-ci yerə Mülkü Müdafiə Qoşunları (MMQ), 2-ci yerə Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), 3-cü yerə isə Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) layiq görülüb.
Şəxsi birincilikdə isə Orxan İsgəndərov (60 kq, DYMX), Vüsal Orucov (65 kq, DYMX), Xəzər Rüstəmov (70 kq, MMQ), Mətləb Məmmədov (80 kq, MMQ), Bəhruz Aslanov (90 kq, Gəncə Regional Mərkəzi), Mail Əliyev (90 kq-dan yuxarı MMQ) çempionatın qalibi olublar.
İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qaliblərə təbriklərini çatdırıb, onlara kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim ediblər.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_qurumlari_arasinda_dasqaldirma_uzre_chempionat_kechirilib-833844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR