Polisin keçirdiyi əməliyyat nəticəsində 20 kiloqramdan çox marixuana götürülüb

Polisin keçirdiyi əməliyyat nəticəsində 20 kiloqramdan çox marixuana götürülüb
22:18 20 Fevral 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Cavidan Əliyevdən 26,28 qram marixuana götürülüb. O, narkotik vasitənin atası Cabir Əliyevə məxsus olduğunu bildirib.
Cabir Əliyevin evinə baxış zamanı 10 kiloqram 18,72 qram marixuana aşkar edilib və o, tutulub.
Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Oktay Eyvazovdan 10 kiloqram 500 qram marixuana götürülüb.
Faktlarla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Polisin_kechirdiyi_emeliyyat_neticesinde_20_kiloqramdan_chox_marixuana_goturulub-833845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR