Liviyda üç terror aktı törədilib, 47 nəfər ölüb

22:22 20 Fevral 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 22:19 ]

Bakı-APA. Liviyanın Əl-Kubba şəhərində dalbadal baş verən üç terror aktı nəticəsində 47 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 80 nəfər yaralanıb, onlardan 26-nın vəziyyəti ağır kimi qiymətləndirilir.  

 

Partlayışlarla bağlı məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb. Terrorçular aktların Derna şəhərinə hava zərbələri endirilməsinə cavab olduğunu bildiriblər.

 

Qeyd edək ki, minalamış avtomobillər Əl-Kubba şəhər baş polis idarəsi, yanacaqdoldurma məntəqəsi və Liviya parlamentinin başçısının evinin yanında partladılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373576

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR