Misir mətbuatı Dövlət Sərhəd Xidməti nümayəndə heyətinin bu ölkəyə səfərini geniş işıqlandırıb

Misir mətbuatı Dövlət Sərhəd Xidməti nümayəndə heyətinin bu ölkəyə səfərini geniş işıqlandırıb
22:38 20 Fevral 2015
157 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 20 fevral, AzərTAc
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Misirə səfəri bu ölkənin nüfuzlu qəzet və internet portallarında geniş işıqlandırıb.
Səfər Misir Silahlı Qüvvələrinin baş komandanı, müdafiə və hərbi sənaye naziri, general-polkovnik Sidqi Sübhinin dəvəti ilə fevralın 17-20-də həyata keçirilib.
Mətbuatda qeyd olunur ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Silahlı Qüvvələrinin baş komandanı Sidqi Sübhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı, general-mayor Əhməd İbrahim ilə səmərəli görüşlər keçirib.
Qeyd olunub ki, görüşlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində müvafiq qurumların əlaqələrinin, o cümlədən hərbi-texniki istiqamətdə işbirliyinin yaradılması və genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Səfər müddətində Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Misirin təhlükəsizlik və sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki bazası ilə tanış olub.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_metbuati_Dovlet_Serhed_Xidmeti_numayende_heyetinin_bu_olkeye_seferini_genis_isiqlandirib-833851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR