[ 20 Fevral 2015 22:39 ]
Quba. Vəli Turan - APA. Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Arzu qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, 1980-ci il təvəllüdlü Şirvan rayon sakini Vəkalət Hüseynovun idarə etdiyi 99 GO 716 dövlət nömrə nişanlı “Qaz 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Hadisə zamanı sürücü avtomobildə tək olub. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.