Xaçmazda “Qaz 24” ağaca çırpıldı

Xaçmazda “Qaz 24”  ağaca çırpıldı
22:49 20 Fevral 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Arzu qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal  bürosunun verdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan, 1980-ci il təvəllüdlü Şirvan rayon sakini Vəkalət Hüseynovun idarə etdiyi 99 GO 716 dövlət nömrə nişanlı “Qaz 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

 

Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR