Adobe Photoshop-un ad günüdür

Adobe Photoshop-un ad günüdür
22:52 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Adobe Photoshop qrafik redaktoru 25 yaşını qeyd edirAdobe şirkəti 25 il bundan əvvəl Photoshop 1.0 qrafik redaktorunu çıxarıb. Bu redaktor o zaman dizaynerləri, fotoredaktorları və qrafika ilə işləyən hər kəsi heyrətləndirmişdi.
 
Sözügedən proqramı iki qardaş – Tomas və Con Noll hazırlayıb. Onların atası zirzəmidəki foto laboratoriyasında fotoşəkillə məşğul olub və uşaqlarda bu sənətə sevgi yaradıb. 1984-cü ildə ata uşaqlarına Mac kompüteri satın alıb, lakin kompüterdə yaxşı işləyə bilmədiyindən onları məyus edib. O zaman onlar bu problemi aradan qaldırıblar.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qardaşlar ilk əvvəllər yalnız fotoşəkli göstərən Display proqramını hazırlayıblar. Bundan sonra proqrama sadə foto emalı alətləri əlavə ediblər. Adobe bu layihə ilə maraqlanıb və onu qardaşlardan satın alıb. Display proqramı Photoshopa çevrilib və şirkətə milyonlarla dollar qazandırıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/325678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR