Mourinyo bu adamdan üzr istədi

Mourinyo bu adamdan üzr istədi
22:56 20 Fevral 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

Londonun "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo PSJ-ə qarşı çempionlar liqasının 1/8 final matçından əvvəl Paris metrosunda ingilis klubunun azarkeşlərinin irqçi hərəkətinə görə zərər çəkən şəxsdən üzr istəyib.

ANS PRESS-in məlumatına görə, bu haqda "Çelsi" klubunun Twitter səhifəsində məlumat yerləşdirilib.

"Azarkeşlərin bu davranışına görə utanıram və mən yenə zərər çəkən fransızdan üzr istəyirəm. Bütün klub azərkeşlərin bu hərəkətinə görə üzr istəyir", - deyə Mourinyo bildirib.

Hadisə zamanı zərər çəkən Mavritan mənşəli 33 yaşlı fransızı S. Suleyman Parisdə doğulub. Hadisə vaxtı o işdən sonra evə qayıdırdı. "Çelsi" azarkeşləri qaradərili olduğuna görə onu metroda vaqona buraxmamışdılar.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=327315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR