Xaçmazda avtomobil ağaca çırpılıb - FOTO

Xaçmazda avtomobil ağaca çırpılıb - FOTO
23:05 20 Fevral 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunun Xaçmaz rayonunun Arzu qəsəbəsi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Quba istiqamətində hərəkətdə olan, 1980-ci il təvəllüdlü Şirvan rayon sakini Vəkalət Hüseynovun idarə etdiyi 99 GO 716 dövlət nömrə nişanlı “Qaz 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobil yararsız vəziyyətə düşsə də, xəsarət alan olmayıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR