Düşmənə meydan azərbaycanlılar (VİDEO)

Düşmənə meydan azərbaycanlılar (VİDEO)
23:06 20 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarbağ münaqişəsinin həllini tapa bilməməsi Azərbaycana təkcə torpaq itkisi hesabına başa gəlmir. Münaqişənin həllinin düyünə düşməsi cəbhəyanı bölgələrdə yetişən gəncliyə də ciddi ziyan vurur. Bu istiqamətdə araşdırmanı Təhsil Nazirliyi aparır.

Tərtər rayonunun erməni silahlı birləşmələriylə üzbəüz yerləşən Qapanlı kəndindəki orta məktəbdə 159 şagird təhsil alır. Təhsil müəssisəsi qarşı tərəfin mövqelərindən uzaqda yerləşsə də, şagirdləri məktəbə aparan yol erməni silahlı qüvvələrinin mövqelərindən aydın şəkildə görünür.

Qapanlı kənd orta məktəbi erməni silahlı birləşmələrinin mövqelərindən təqribən bir km-lik məsafədə yerləşir. Dərsə gələn şagirdlər hər gün qarşı tərəfdən müşahidə olunan yolu gedib gəlmək məcburiyyətində qalır.

Çətin şəraitə baxmayaraq Qapanlı kənd məktəbinin şagirdləri doğma məktəblərində təhsil almaq və işğal altındakı torpaqların azad olunmasında yaxından iştirak etmək istədiklərini deyir.

“Əsgər yataqxanası ilə yan-yanayıq. Biz əsgərlərimizin güclü olduğunu görürük, onlara inanırıq, heç bir qorxumuz yoxdur. İstərdim ki, həmin hissi mən də yaşayım. O silahları mən də əlimə götürüm”, – deyə Qapanlı kənd orta məktəbinin şagirdi Zəka Yusifov bildirdi.

Silah səslərini az qala hər gün zəng səslərinə qarışdığı bu məktəbin vəziyyətilə Təhsil Nazirlyinin nümayəndələri də tanış oldu.

Təhsil nazirliyinin şöbə müdiri Cəsarət Valehov deyir ki, işğal altında olan torpaqlarımızın yalnız silah gücü ilə deyil, eyni zamanda təhsilimizlə, ağıl gücümüzlə də alacağıq

Daha sonra şagirdlər hərbi hissəyə aparıldı. Burada həm jurnalistlər, həm də məktəblilər silahlı qüvvələrimizin balansında olan silahlarla yaxından tanış olmaq şansını əldən qaçırmadı.

Kəşfiyyat dəstəsinin çıxışı isə maraqla qarşılandı.

Mənbə
ANS TV: Ramil İbrahimov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR