“Xaçmaz” elektrik stansiyasında ötən ay 26,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub

“Xaçmaz” elektrik stansiyasında ötən ay 26,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub
23:38 20 Fevral 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Xaçmaz” elektrik stansiyasında cari ilin yanvar ayında 26,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ildə isə burada istehsal edilmiş elektrik enerjisi 254,4 milyon kilovat-saata yaxın təşkil edib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, son üç ayda stansiyada texniki qulluq işləri həyata keçirilib. Burada 110 kilovoltluq (kV) açıq paylayıcı qurğunun 11 kV-lik qapalı paylayıcı qurğusunun avadanlığında müvafiq təlimata uyğun sınaq işləri həyata keçirilib.
Qeyd edək ki, ümumi gücü 87 meqavat olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmaz_elektrik_stansiyasinda_oten_ay_261_milyon_kilovat_saata_yaxin_elektrik_enerjisi_istehsal_olunub-833857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR